05 fevral 2025 14:01
81

Filippin Nümayəndələr Palatası vitse-prezidentə impiçment elan edib

Filippinin Nümayəndələr Palatası fevralın 5-də vitse-prezident Sara Dutertenin impiçmenti tələbi ilə bağlı petisiya qəbul edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Filippinin "Manila Times" qəzeti parlamentin aşağı palatasındakı mənbələrə istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, 153 konqresmen Duterteyə impiçment elan edilməsi təklifini imzalayıblar. Mənbələrin məlumatına görə, qərar plenar iclasda rəsmiləşdiriləcək. Daha sonra qanun layihəsi yuxarı palataya göndəriləcək və orada 23 senator tərəfindən baxılacaq.

"Associated Press" xəbər verir ki, azı 215 deputat vitse-prezidentin impiçmenti üçün təklifi imzalayıb. Agentlik yazır ki, bu barədə Nümayəndələr Palatasının rəhbəri Reginald Velasko parlamentin aşağı palatasının plenar iclasında bildirib.

2024-cü ilin dekabrında Filippin vətəndaş cəmiyyətinin nümayəndələri Nümayəndələr Palatasına bir neçə petisiya təqdim ediblər. Onlar vitse-prezident Sara Duterteni vəzifə səlahiyyətlərindən sui-istifadədə və dövlət vəsaitlərini mənimsəməkdə ittiham edərək, vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər. Filippin Xəbər Agentliyinin məlumatına görə, ölkə hökuməti 2022 və 2023-cü illərdə vitse-prezident Ofisi və Təhsil Departamentinə daxil olan büdcə vəsaitlərini yoxlamağa başlayıb.