İspaniya kubokunun 1/4 final mərhələsində "Xetafe" ilə matç "Atletiko" üçün əlamətdar olub.
“İki sahil” xəbər verir ki, Madrid təmsilçisi görüşdə 5:0 hesablı qələbə qazanıb.
Nəticədə "Atletiko" son 60 ildə ilk dəfə ölkə kubokunda 5 və ya daha çox qol vuraraq qalib gəlib.
Son dəfə belə göstərici 1965-ci ildə qeydə alınmışdı.
Həmin vaxt "Atletiko" yarımfinalda “Real Sosyedad”ı 8:1 hesabı ilə üstələmişdi.
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var