06 fevral 2025 01:25
76

Qardaşlıq va vəfa borcuna sadiq qalan Azərbaycan o ağır günlərdə Türkiyənin yanında oldu

Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin  dərin mahiyyəti Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki  dövlət”, Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün  zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri  bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. İki qardas xalqın  dostluğu tarixin ağır sınaqlarından keçərək indiki ən yüksək səviyyəsinə  çatıb.

Azərbaycan ən çətin günlərdə qardaş Türkiyənin yanında olub. 2023-cü  il fevralın 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzəłə nəticəsində  çoxlu sayda insan tələfatının olması ölkəmizdə böyük hüznlə qarşılandı.  Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin  kədərə boğdu. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım  çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq  borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi.  Prezident İlham Əliyev 2023-cü il fevralın 6-da Türkiyə  Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı  başsağlığı məktubunda bildirmişdi: “Kahramanmaraşda baş vermiş və  qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiș güclü zəlzələ  nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi  olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə  hazır olduğumuzu bildiririk” 

Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların  ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və  Azərbaycan xalqı adından dərin hüznlə bașsağlığı verib, yaralananlara  şəfa diləmişdi. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım  Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi  instaqram səhifəsində paylaşım etmişdi: “Türkiyənin cənub-şərqində baş  vermiș güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə  qarşıladım. Allah facia zamanı həlak olanlara rəhmət eləsin. Onların  doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Yaralananların və xəsarət alanların tezliklə șəfa tapmasını arzulayıram.  Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.  Azərbaycan Türkiyənin qarşılaşdığı o çətin günlərdə qardaş köməyinə  çatan ilk ölkə oldu. Zəlzələ baş verdikdən sonra keçən bir neçə gün  ərzində ölkəmizin başçısının göstərişi ilə gardaş ölkəyə yardım aparan 7  təyyarə və 1 avtomobil karvanı göndərildi. Bu yolla Türkiyəyə 41 nəfəri  tibbi heyəti olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə  avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində  istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları  avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman  preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri,  habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırıldı.  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardas  ölkəyə humanitar yardım göstərildi. Bununla əlaqədar faciədən  zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen  maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin  yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimatlar və  avadanlıqlar, eləcə də isti geyimlərlə humanitar yardım çatdıracaq  Fondun Türkiyəyə ezam edilən əməkdaşları xüsusi təyyarə ilə yola  salındı. 

Azərbaycan ilk gündən axtarıș-xilasetmə məqsədilə Türkiyəyə 100- dən çox xilasetmə mütəxəssisi göndərdi. Həmin xilasedicilər  Kahramanmaraşda və zəlzələdən ziyan görmüş, dağıntılara məruz  qalmış ətraf ərazilərdə böyük șücaət, fədakarlıq göstərdilər. Onlar  dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxardılar.  Azərbaycan komandası, həmçinin Kahramanmaraşda 2 səhra  xəstəxanası yaratdı. O zaman FHN-in tabeliyində olan xəstəxanalarda 41  həkim və səhiyyə işçisi çalışırdı. Azərbaycan nümayəndə heyətinin  tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərərçəkənlərə  dəstək oldular. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və  laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana  sağlamlıq xidmətləri və psixososial dəstək göstərildi. Pediatrlar  zəlzələdən zərərçəkənlərə qulluq etdilər.

Hazırda Kahramanmaraşda Azərbaycan hökumətinin 100 milyon  dollar dəyərində maliyyələşdirdiyi “Azərbaycan Məhəlləsi”ndə ișlər  demək olar ki, tamamlanmaq üzrədir. Kahramanmaras  Bələdiyyəsinin sədri Fırat Görgel mətbuata açıqlmasında bildirib ki,  2023-cü il fevralın 6-da episentri Kahramanmaras olan zəlzələdən  sonra dağıntıya məruz qalan bu yaşayıs massivində Azərbaycan və  Türkiyə hökumətlərinin birgə fəaliyyəti nəticəsində genis quruculug  işləri aparılır: “Heydər Əliyev adına məktəbin sentyabr ayında  ölkələrimizin təhsil nazirlərinin iştirakı ilə yüksək səviyyədə açılışı  oldu. Beynəlxalq standartlar çərçivəsində qurulan “Azərbaycan  Məhəlləsi”nin də açılışının yüķsək səviyyədə olacağını  planlaşdırırıq”. 

Prezident İlham Əliyev 2025-ci il fevralın 5-da Türkiyə  Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanaldığı  məktubda bildirib ki, Azərbaycan iki il bundan əvvəl baş vermiş bu  dəhșətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini  birlikdə yaşayır: “Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə  də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrdən bir  yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafinda səfərbər  oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə  bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü”.

Bu gün güclü və qüdrətli Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib  Ərdoğanın rəhbərliyi ilə fəlakətin nəticələrinin aradan qaldırılması  zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların  yeni evlər və iș yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı  quruculuq işləri həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev  qeyd edib: “Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq  Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan  yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-  çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq. “Bir millət, iki  dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda  qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər.  Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir”.

Zahid Rza, “İki sahil”