Məktəblərdə dərslərin başlama vaxtının dəyişməsini direktor və valideyn tənzimləyə bilər.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, nazirlik belə hallara etiraz etmir.
"Misal olaraq, kənd məktəblərində övladı təhsil alan valideynlər deyə bilər ki, dərs orada saat 8-də yox, məhz saat 8:30, yaxud 9:00-da başlasın, nazirlik olaraq buna etiraz etmərik", - E.Əmrullayev qeyd edib.
Azərbaycan ilk dəfə olaraq BMT Gənclər Nümayəndələri proqramı səviyyəsində rəsmi şəkildə təmsil olunub.
YAP Masallı rayon təşkilatı “Qüdrətli Azərbaycan” mövzusunda partiya veteranları ilə gənclərin görüşünü təşkil edib
Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar