Hazırda Azərbaycanın işğaldan azad edilən ərazilərində “Azərişıq” ASC-nin 5 097 abonenti mövcuddur.
“İki sahil” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev Zəngilanda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü ilin sonuna bu abonentlərin 4 182-si əhali qrupuna, 915-i isə qeyri-əhali qrupuna daxil olan abonentlərdir: “İişğaldan azad edilən ərazilərdə abonentlərin sayı mütəmadi olaraq artır. “Azərişığ”ın bu istiqamətdə gördüyü işlər durmadan davam etdirilir”.
EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb
Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir