Ağdamda polis kabel oğrusunu saxlayıb.
Bu barədə "İki sahil"ə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, Ağdamda polisə rayon ərazisində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
FHN-in nümayəndə heyəti Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi ilə görüşüb
Bakı Dövlət Universitetinin tələbələri üçün istehlakçı hüquqları barədə açıq dərs təşkil olunub
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları atletika yarışında yüksək nəticələr əldə ediblər