Roma Papası Fransisk uzun müddətdir davam edən bronxitin müalicəsi üçün xəstəxanaya yerləşdirilib
“İki sahil” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Vatikanın 88 yaşlı rəhbəri səhər ayinindən sonra xəstəxanaya yerləşdirilib. "Papa bir sıra diaqnostik testlərdən keçməli və bronxit müalicəsini davam etdirməli olacaq" - deyə, məlumatda qeyd edilir.
2023-cü ilin mart ayında da Papa respirator infeksiyaya görə xəstəxanaya yerləşdirilmişdi.