14 fevral 2025 14:25
213

Ukrayna və Rusiyanın birbaşa danışıqlara ehtiyacı var - Trampın xüsusi nümayəndəsi

Sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqlar zəruridir.

“İki sahil” xəbər verir ki,  bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə xüsusi elçisi Keyt Kelloq ARD telekanalına müsahibəsində bildirib. 

“Düşünürəm ki, üç tərəf bir-biri ilə danışmalıdır. Xüsusilə iki əsas tərəf - ruslar və ukraynalılar. Onlar oturub danışmalıdırlar", - deyə, Kelloq bildirib.