Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir müddət bundan əvvəl Qusarda terrorçu qruplaşmaya qarşı əməliyyat keçirmişdi.
“İki sahil” xəbər verir ki, bu gün həmin əməliyyat AZTV-nin “Hədəf” verilişində müzakirə mövzusu olub.
Verilişdə qonaq olan təhlükəsizlik orqanının veteranları - Arzu Nağıyev, Azər Qarayev, İlham İsmayıl və Əliheydər Dadaşov Qusarda planlaşdırılan cinayətlərin ifşasını unikal əməliyyat adlandırıblar.
Təhlükəsizlik orqanının veteranları dünyada baş verən geosiyasi hadisələrin də Qusarda baş verən hadisələrə təsir etməsi, ümumiyyətlə bəzi gənclərin xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək cinayətkar fəaliyyətə sövq edilməsi barədə fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, Qusardakı hadisələrin başlıca məqsədi dövlətə inamsızlıq yaratmaq, din pərdəsi altında gizlənib cinayətkar fəaliyyət həyata keçirmək idi.
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb
Laçın və Kəlbəcərdəki meşə yanğınlarının söndürülməsi üçün helikopter cəlb edilib
Azərbaycanda könüllülük fəaliyyətində qadınlar kişilərə nisbətən daha aktivdirlər