17 fevral 2025 09:45
341

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibə vermişdir. İlk olaraq dövlət başçımız görüş münasibətilə şad olduğunu bildirdi. Daha sonra ölkəmiz üçün son illər ən mühüm nailiyyətimiz ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası olduğunu qeyd etdi. Bildirdi ki, biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik.

Demək olar ki, 30 il ərzində bu bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Müsahibə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha mçöhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə,hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir. Biz iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük. Biz hamımız bundan əziyyət çəkirik, o cümlədən Azərbaycan. Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Daha sonra Prezident İlham Əliyev sizcə, çoxqütblü dünyada Azərbaycanın yeri Haradadır sualına belə cavab verib : “Biz ən başdan müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Bizgüclü iqtisadiyyat, yeri gəlmişkən özünü təmin edən iqtisadiyyat qurduq. Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycan öz milli maraqlarını müdafiə edən  və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz. Müsahibənin davamında dövlət başçısı  bildirdi ki, Azərbaycanın  müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli görüşmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk.”

Müsahibə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha mçöhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə,hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir. Biz iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük. Biz hamımız bundan əziyyət çəkirik, o cümlədən Azərbaycan. Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü.

Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü