 
                    Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.
“İki sahil” xəbər verir ki, günün ilk matçında "Milan" Bakı vaxtı ilə saat 21:45-də doğma meydanda "Feyenoord"u qəbul edəcək. Gecəyarısı isə daha üç qarşılaşma baş tutacaq: "Atalanta" "Brügge" ilə, "Bavariya" "Seltik"lə, "Benfika" isə "Monako" ilə üz-üzə gələcək.
Səkkizdəbir finala yüksələcək son komandalar fevralın 19 və 20-də keçiriləcək matçlardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, liqa mərhələsini uğurla tamamlayan "Liverpul", "Arsenal", "Aston Villa" (İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko Madrid" (İspaniya), "Bayer Leverkuzen" (Almaniya) və "Lill" (Fransa) artıq 1/8 finala vəsiqə qazanıblar.
21:45, "Milan" - "Feyenoord"
00:00, "Atalanta" - "Brügge"
00:00, "Bavariya" - "Seltik"
00:00, "Benfika" - "Monako"
 "Mançester Yunayted"in futbolçusu uzunmüddətli zədədən sonra məşqlərə başlayıb
                                
                                    
                                    
                                
                                
                                
                                    "Mançester Yunayted"in futbolçusu uzunmüddətli zədədən sonra məşqlərə başlayıb 
                                 Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək