18 fevral 2025 22:08
235

Gədəbəydə 3 nəfər dəm qazından zəhərlənib

Gədəbəy şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

“İki sahil” xəbər verir ki, çörəkbişirmə sexində işləyən 1971-ci il təvəllüdlü Pəri Sadıqova, 1976-cı il təvəllüdlü Xatirə Həsənova və 1986-cı il təvəllüdlü Sevinc Hüseynova dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb.

Fakt araşdırılır.