28 fevral 2025 20:25
96

Zəncirvari qəzada beş nəfər ölüb

Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.

"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.