Sumqayıt şəhəri, S.Vurğun küçəsində avtobusda yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Mitsubishi” markalı avtobusun mühərrik hissəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun mühərriki və salon hissəsi qismən yanıb.
Avtobusun digər hissələri yanğından mühafizə olunub.