03 mart 2025 19:30
105

Biləsuvarda əmək yarmarkası keçiriləcək

Martın 6-ı Biləsuvar rayonunda əmək yarmarkası keçiriləcək.

“İki sahil” xəbər verir ki, yarmarka Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutacaq.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.