Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.
“İki sahil” xəbər verir ki, Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Araşdırmaların davam etdiyi bildirilib.
Məsələ ilə bağlı danışan “Sərin” şadlıq evinin administratoru Təvəkkül Qurbanov bildirib ki, yayılmış görüntülərdəki salatlar və digər qida məhsulları toy olmadığı üçün öncədən qalıb və həmin məhsullar heç bir halda yenidən süfrəyə verilmir: “Yeməklərdə istifadə olunan toyuğu isə birbaşa olaraq bazardan alırıq və qətiyyən broylerdən istifadə etmirik.
İstifadə olunan məhsulların aktı var, bütün sənədlərimiz qanunauyğun şəkildədir”- deyə, bildirilib.
Eyni zamanda qeyd olunub ki, müvafiq sənədlərin hər biri qaydasındadır və sertifikatları da mövcuddur.
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb