18 sentyabr 2017 19:22
535

Ən çox ət yeyən ölkələr

Ətdən hazırlanan məhsullar dünya xalqlarının mətbəxində önəmli yer tutur. Coğrafi şəraitindən, adət-ənənəsindən asılı olmayaraq heyvan əti bir çox xalqların qida rasionunun əsasını təşkil edir. Ətdən qisa kimi istifadə olunma ənənəsi ibridai icma quruluşuna gedir.

2015-ci ilin statistik məlumatları Azərbaycanda ildə adambaşına 36 kiloqram ət istehlak olunduğunu göstərir. Qonşu Rusiya isə bu göstərici 68 kiloqram, Gürcüstanda isə 58 kiloqrama bərabərdir.

Modern.az BMT-nin Ərzaq və Təsərrüfat Təşkilatının məlumatları əsasında il ərzində adambaşılna ən çox ət yeyən ölkələrin siyahsını təqdim edir.

1.ABŞ- 120 kiloqram

2.Küveyt – 119,2 kiloqram

3.Avstraliya – 111,5 kiloqram

4.Baham Adaları – 109,5 kiloqram

5.Lüksemburq – 107,9 kiloqram

6.Yeni Zelandiya - 106,4 kiloqram

7.Avstriya – 102 kiloqram

8.Polineziya – 101,9 kiloqram

9.Bermud Adaları – 101,7 kiloqram

10.Argentina – 98,3 kiloqram

Vətəndaşları adambaşına ən az ət yeyən ölkələrin ilk onluğu isə belədir:

1.Banqladeş – 4 kiloqram

2.Hindistan – 4,4 kiloqram

3.Burundi – 5,2 kiloqram

4.Şri-Lanka – 6,3 kiloqram

5.Ruanda – 6,5 kiloqram

6.Syerra-Leone – 7,3 kiloqram

7.Eritreya – 7,7 kiloqram

8.Mozambik – 7,8 kiloqram

9.Qambiya -8,1 kiloqram

10.Malavi – 8,3