Cənubi Koreya təsadüfən yaşayış məntəqəsini bombaladıqdan sonra Şimali Koreya buna çox sərt reaksiya verib.
“İki sahil” xəbər verir ki, rəsmi Pxenyan açıqlamasında bunun "dünyada ilk nüvə müharibəsinə səbəb ola biləcək təhlükəli fəaliyyətlər" olduğunu bildirib: “Bu hadisə göstərdi ki, ABŞ və müttəfiqlərinin təlimləri iddia olunduğu kimi Koreyada və regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş hərəkətlər deyil, dünyada ilk nüvə müharibəsinə gətirib çıxara biləcək təhlükəli fəaliyyətlərdir”.
Şimali Koreya Cənubi Koreya ordusuna məxsus iki “KF-16” döyüş təyyarəsinin təsadüfən yaşayış məntəqəsini bombalaması ilə nəticələnən qəzaya ilk reaksiyasını verib. Şimali Koreyanın rəsmi mətbuatında dərc edilən açıqlamada qəzanın ABŞ və Cənubi Koreyanın bölgədə həyata keçirdiyi birgə təlimlərin nə qədər təhlükəli olduğunu sübut etdiyi vurğulanır: "Əgər bombalar bir az daha şimala atılıb sərhədimizi keçsəydi, vəziyyətin necə inkişaf edəcəyini təxmin etməyə ehtiyac yoxdur".
Nüvə silahlarının yerləşdiyi atəşkəs bölgəsində ABŞ və Cənubi Koreyanın birgə təlimlərinin müharibə riskini artırdığı iddia edilən bəyanatda, “Təsadüfi bir qığılcımın Koreya yarımadasını, bölgəni və dünyanı yeni silahlı qarşıdurmaya sürükləyə biləcəyi fikri heç bir halda əsassız deyil”, deyə xəbərdarlıq edilib.
Qəzanın mümkün nüvə müharibəsi riskinin mövcudluğunu ortaya çıxardığı iddia edilən bəyanatda bildirilib: “Bu hadisə ABŞ və müttəfiqlərinin təlimlərinin iddia edildiyi kimi Koreyada və regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş hərəkətlər olmadığını, dünyanın ilk nüvə müharibəsinə səbəb ola biləcək təhlükəli fəaliyyətlər olduğunu göstərdi”.
ABŞ və Cənubi Koreyanın Koreya yarımadasında hərbi manevrləri davam etdiyi müddətcə Şimali Koreya və bölgənin sülh və təhlükəsizliyinə təhdidlərin heç vaxt ortadan qalxmayacağına dair xəbərdarlıq edilən açıqlamada, bildirilir: "Düşmənin hərbi manevrlərini yaxından izləyirik. Hər hansı gözlənilməz inkişafa qarşı xəbərdarlıq etmədən amansız hərəkətə keçəcəyik. O zaman üzr üçün yer qalmayacaq".
"ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərinin son dərəcə təhlükəli əlamətlərini ciddi qəbul etməli və Koreya yarımadasında vəziyyətin pisləşməsinə səbəb olan nüvə müharibəsi nümayişini dərhal dayandırmalıdırlar", - bəyanatda deyilir.
Xatırladaq ki, Cənubi Koreya ordusuna məxsus iki “KF-16” qırıcısı ABŞ-la birgə təlim zamanı səhvən Poçeon şəhərindəki kənd yaşayış məntəqəsinə 8 MK-82 bombası atıb. Hadisə nəticəsində azı 29 nəfər xəsarət alıb, bir çox binaya ziyan dəyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”