“Bakıda keçiriləcək XII Bakı Qlobal Forumunda 400-ə yaxın iştirakçı gözlənilir və bu, onların Azərbaycanı tanıması üçün gözəl fürsətdir”.
“İki sahil” xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa XII Bakı Qlobal Forumunun İdarə Heyətinin mətbuat konfransında deyib.
O qeyd edib ki, ölkələr arasındakı münaqişələr mülki infrastrukturun dağıdılmasına, insanların qətlə yetirilməsinə səbəb olur: “Forumda bütün bu məsələlərin müzakirə olunacağına və həll yolları axtarılacağına inanıram.
Keçən ilin payızında dünyanın diqqətini özünə cəlb edən COP29-da aparılan müzakirələrin problemlərin həllinə necə müsbət təsir göstərə biləcəyini gördük. Beləliklə, forum dünyanın müxtəlif yerlərindən olan iştirakçıların çox geniş şəkildə müzakirələr apara biləcəyi platforma olacaq”.