Vaşinqton Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar zamanı Kiyevlə ərazi güzəştlərini müzakirə edib.
“İki sahil” "The Guardian"a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"ABŞ Kiyevin danışıqlar masasına oturmasından məmnundur, əgər Rusiya razılaşarsa, Vaşinqton nizamlanmada irəliləmək üçün mümkün olan hər şeyi edəcək. Moskvanın atəşkəsə razılığı halında Rusiya və Ukraynanın yerlərdə monitorinq həyata keçirməyi kimə etibar etdiyini müəyyənləşdirmək lazımdır", - o bildirib.
M.Rubionun sözlərinə görə, Rusiyanın əleyhinə olan Avropa İttifaqı (Aİ) sanksiyaları və dondurulmuş aktivlərlə bağlı məsələlər gələcək danışıqlarda müzakirə olunacaq: "Hələ ki, ABŞ sanksiyalarının aradan qaldırılması üçün addımlar atılmayıb. Rusiya atəşkəsə razılaşmadığı təqdirdə əvvəlcədən onu tədbirlərlə hədələmək qeyri-konstruktivdir".