15 sentyabr 2017 21:52
872

Heydər Əliyev adına NEZ-in qurğularında təmir işləri aparılıb

Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun əsаs tехnоlоji qurğulаrındа - 55 nömrəli katalitik krekinq, 21 nömrəli ilkin еmаl, 43 nömrəli kokslaşdırma və 31 nömrəli katalitik riforminq qurğulаrında qrafikə uyğun olaraq illik təmir işləri aparılıb.

İlkin еmаl qurğusunun bir çox hissələri təmir edilmiş və ya yenisi ilə əvəzlənmiş, 2 ədəd nasos quraşdırılmışdır. Hazırda qurğu 650 m3/saat məhsuldarlıqla istismar olunur və texniki göstəricilər tələb olunan normalara uyğundur. Katalitik krekinq qurğusunda korroziyaya uğrayan hissələr dəyişdirilmişdir. Xüsusi əhəmiyyəti nəzərə alınaraq, 100-cü bölmədən su kondensatın təmizlənməsi bölməsinə qədər yeni kondensat xətti quraşdırılmış, hidro-təmizləmə bölməsində modernizasiya işləri aparılmışdır. Katalitik riforminq qurğusunda isə istismara yararsız hissələr təzələnmiş, qurğunun hidro-təmizləmə bölməsi yoxlanılmışdır. Bölmə üçün 2,5 ton yeni katalizator əlavə olunmuşdur ki, bu da alınan yanacağın keyfiyyət göstəricilərinə müsbət təsir göstərəcəkdir. Kokslaşdırma qurğusunda da cari təmir işləri görülmüş, xüsusilə buxarın alınması qazanında sferik hissə dəyişdirilmişdir.

Qeyd edək ki, buxar qazanı reaktorlar bölməsindəki siyirtmələrin gövdəsinə buxarın verilməsini təmin edir.