14 mart 2025 10:16
108

Azərbaycan Basketbol Liqasında turun növbəti oyunu keçiriləcək

Azərbaycan Basketbol Liqasında XVIII turun daha bir oyunu bu gün keçiriləcək.

“İki sahil” xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Şəki"ni qəbul edəcək.

Qarşılaşma saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində start götürəcək. "Gənclik şəhəri" təmsilçisi B qrupunda 24 xalla dördüncü, bölgə klubu 30 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün "Quba" "Lənkəran"ı 95:84 hesabı ilə üstələyib. Tura martın 16-da yekun vurulacaq.