14 mart 2025 11:10
101

Elçin Əmirbəyov: Argentinanın Azərbaycanın azad edilmiş ərazilərinə investisiyalarının cəlb edilməsində maraqlıyıq

Argentina Latın Amerikasında Azərbaycanın əsas tərəfdaşlarından biridir və Bakı azad edilmiş ərazilərə bu ölkədən investisiyaların cəlb edilməsində maraqlıdır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Argentinaya səfəri çərçivəsində rəsmi şəxslərlə görüşü zamanı bildirib.