Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən ötən il ümumilikdə 781,8 milyon manat məbləğində məhsul istehsal edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hökumətin hesabata əsasən, bu da ötən illərlə müqayisədə 14,7 faiz çox olub.
2024-cü ildə Nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanmış və tam icra olunub.
Bundan başqa nazirlyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565,8 milyon manat təşkil edib.
Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib
"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun buraxılış mərasimi keçirilib
Azərbaycan hərbçisinin şəxsi şücaəti onun mənəvi-psixoloji vəziyyətinin məhsuludur
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib