XII Qlobal Bakı Forumu öz işini başa çatdırıb.
“İki sahil” xəbər verir ki, forumun üçüncü günündə “Yeni Dünya üçün Yeni Texnologiyalar”, “Gender- Təhlükəsizlik - İqlim Bağlantısı” və “Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr” adlı panellər təşkil olunub.
Panellərdə müzakirə mövzularına uyğun fikir mübadiləsi aparılıb.
Həmçinin yekunda “Gənclər danışsın, biz dinləyək” adlı xüsusi panel də təşkil olunub.
Xüsusi panelin ardınca XII Qlobal Bakı Forumu öz işini başa vurub.
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb.
“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlki forumlarda olduğu kimi, dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Forumun sonuncu günündə "Yeni Dünya üçün Yeni Texnologiyalar", "Gender- Təhlükəsizlik - İqlim Bağlantısı", "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" və "GƏNCLƏR DANIŞSIN, BİZ DİNLƏYƏK" adlı panellərin keçirilməsi nəzərdə tutulub.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib