Sosial şəbəkələrdə "Bakı Metropoliteni"nin "Koroğlu" stansiyasından sərnişinlərin çıxarıldığına dair görüntülər yayılıb.
Görüntülərdə sərnişinlərin stansiyanın çıxışında, yeraltı keçiddə hərəkət etməkdə çətinlik çəkdikləri əsk olunub.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropolitenin infrastrukturu ilə bağlı heç bir texniki problem olmayıb.
"Koroğlu" stansiyası infrastrukturu ilə bağlı texniki xarakterli problem yoxdur. Sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən, qatarlar saz vəziyyətdədir", - deyə o qeyd edib.
Trend
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb