17 mart 2025 10:24
369

Qanlı tarix

31 mart 1918-ci il Azərbaycan tarixində ən dəhşətli günlərdən biri olaraq qalır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində və xüsusilə Bakı şəhərində, erməni qruplarının azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımın başlanğıcıdır. Erməni milli hərəkatı 19-cu əsrin sonlarından etibarən, xüsusən də 1905-1907-ci illərdə baş verən etnik qarşıdurmalardan sonra, Azərbaycan torpaqlarında genişlənməyə başlamışdı. Rusiya imperiyasının çoxüzlü, yerli etnik qrupların müstəqillik və öz hakimiyyətini qurma uğrunda mübarizələr daha da gücləndi.

Erməni millətçiləri bu istəyi daha qabarıq ortaya qoydular. Onlar Azərbaycan türklərinə qarşı düşmən münasibətlərini gücləndirdilər. 1917-ci ildən sonra Bakı şəhərində və Azərbaycanın digər bölgələrində erməni silahlı qüvvələri tərıfindın kütləvi qırğınlar və zorakılıqlar həyata keçirildi. Xüsusilə, 31 mart 1918-ci ildə, Bakıda qırğın törədildi. 31 mart 1918-ci ildə Bakı şəhərində başlayan qırğın, bir neçə gün davam etdi. Erməni silahlı dəstələri, rus və bolşeviklərin dəstəyi ilə azərbaycanlıları evlərindən çıxarıb öldürdülər, uşaqları və qadınlara divan tutdular. Çox sayda insan öldü, evlər yağmalandı, yandırıldı. Azərbaycanın müxtəlif şəhər və kəndlərində də oxşar hadisələr baş verdi. Soyqırım 31 martdan 3 aprelədək davam etdi və bu dövr ərzində 12-20 minə yaxın azərbaycanlı həyatını itirdi. Ən çox itki Bakı və onun ətraf bölgələrində oldu. 

Bu soyqırım azərbaycanlıların böyük bir sosial-iqtisadi və mədəni zərbə almasına səbəb oldu. Həmçinin, erməni silahlı qüvvələrinin zorakılıqları yerli Azərbaycan xalqı və ermənilər arasında münasibətləri daha da pisləşdirdi. Soqırımın nəticələri də böyük oldu. Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu, ancaq erməni və bolşevik qüvvələrinin hücumları ölkənin siyasi sabitliyini pozdu. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan işğal edildikdən sonra, bu hadisə bir müddət rəsmi şəkildə yaddan çıxarıldı. 31 mart 1918-ci il soyqırımı, yalnız Azərbaycan xalqı üçün deyil, ümumilikdə insanlıq tarixi üçün də böyük bir faciədir. Hər il 31 mart Azərbaycan Respublikasında “Soyqırım günü” kimi qeyd edilir. Həmçinin, dünyanın müxtəlif yerlərində yaşayan  azərbaycanlılar və tarixçilər, 31 mart soyqırımını beynəlxalq aləmdə tanınması və qurbanların xatirəsinin yaşadıması üçün müxtəlif tədbirlər həyata keçirilir. 31 mart azərbaycanlıların soyqırımı, sadəcə bir qanlı hadisə deyil, həm də xalqın müstəqillik, bərpa və özünüidarəetmə mübarizəsinin önündə böyük bir maneə idi. Bu hadisə bir millətin tarixi yaddaşına dərin təsir edib və bu gün də Azərbaycan xalqının milli kimliyini formalaşdıran önəmli mərhələlərdən biridir. Gələcək nəsillər bu günü,bu soyqırımı xatırlayaraq xatırlayaraq, sülh və əmin-amanlıq üçün mübarizə aparmağa davam edəcəklər.

Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü