22 mart Dünya Su Resursları Günü kimi qeyd olunur.
“İki sahil” xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) dəmir yollarının dayanıqlı inkişafı üçün su resurslarına qənaət edir, çirkli suyun təkrar istifadəyə qaytarılmasını təmin edir.
Yeni Biləcəri və Gəncə lokomotiv depolarında hərəkət tərkibinin yuyulmasında 1510-84 DÜST normasına uyğun olaraq avtomatik yuma cihazından istifadə edilir
Proses zamanı yaranan çirkli su mərhələli şəkildə təmizlənərək təkrar istifadəyə verilir.
Yekunda toplanan sənaye mənşəli çirkab suları müvafiq sistemlər vasitəsilə təmizlənərək kanalizasiyaya axıdılır.
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb