14 sentyabr 2017 15:17
312

ABŞ-ın xam neft ehtiyatları artıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,9 milyon barrel (1,3 faiz) artaraq 468,2 milyon barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,2 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 4,6 milyon barrel artmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları ard-arda 9 həftə azaldıqdan sonra son iki həftədə artım göstərib.

ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 1,6 milyon barrel (0,2 faiz) azalaraq gündəlik 677 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 8,4 milyon barrel (3,7 faiz) artaraq 218,3 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların 2 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 3,2 milyon barrel azalmışdı.

Ölkənin xam neft hasilatı ötən həftə gündəlik orta hesabla 572 min barrel artaraq sutkada 9,35 milyon barrelə çatıb. ABŞ-ın neft idxalı hesabat həftəsində gündəlik orta hesabla 603 min barrel azalaraq 6,48 milyon barrel olub. Xam neft ixracı isə gündəlik 621 min barrel artıb.