14 sentyabr 2017 14:15
288

Tükürpədici tapıntılar

Bəzən  elə bir tarixi tapıntılar aşkarlanır ki, ondan sonra tarixin gedişatına bir daha nəzər yetirməyə ehtiyac duyulur. Lakin hər dəfə bu, baş vermir. Ona görə ki, həddindən artıq zəhmət tələb edən işdir. Buna görə də belə tapıntılar qeyri-adi hadisə hesab olunur və insanları hər zaman təəccübləndirir.

Bəlkə də bütün elementlərin hamısı aşkarlanmayıb, lakin onlara diqqət yetirməyə dəyər.

İlan quyusu. 2009 - cu ildə Ayxado ştatında Ben və Ember Sessione ailəsi Reksburqda yeni ev alırlar, lakin orada onları nəyin gözlədiyindən xəbərləri belə olmur. Evə köçdükdən sonra onlar evin minlərlə zəhərli və nəhəng ilanlarla dolu olduğunu aşkarlayırlar.

Güman edilirdi ki, ev ilanların qış ayında yaşamaq üçün toplaşdığı ərazidə tikilib. Mənzərə görənləri şoka salıb. Onların sözlərinə görə, bu görüntü qorxu filmlərindən çox vahiməli olub.

Ruh avtomobil. Bir gün İngiltərənin Surrey qraflığının polisinə nəqliyyat hadisəsi barədə məlumat daxil olur. Görənlər sürücünün idarəetməni itirdiyinə görə, nəqliyyat hadisəsinin baş verdiyini qeyd edirlər. Hadisə yerinə gələn polis dərhal araşdırma işlərinə başlayır.

Hadisə yerindən bir neçə metr aralıda polislər təsəvvür edilənə tam uyğun olan tamamilə sıradan çıxan avtomobil aşkarlayırlar.

Lakin onun içərisindən tapılan meyitin beş ay qabaq dünyasını dəyişmiş insan cəsədi olduğu müəyyən edilir. Belə çıxırdı ki, avtomobili ölü və çürük cəsəd idarə edib.

Slayqo insan. 2014-cü ildə  İrlandiyanın Slayqo şəhərində baş verən tufan 215 yaşlı ağacı kökündən çıxarmışdı. Belə bir hadisə dünyaya tükürpədici tapıntı nümayiş etdirmişdi. Belə ki, ağacın kökündə yeniyetmə oğlanın skleti aşkarlanmışdı.

Aparılan təhlilllər göstərib ki, bu oğlanın skletinin yaşı 800-ə yaxındır və o, hansısa şiddətli müharibədə həlak olub. Lakin indiyə kimi hələ də skletdən 500 il cavan olan ağacın kök sistemində oğlan uşağına aid olan skletin necə olması müəmmalı olaraq qalıb.

Pis mənzil. 2013-cü ildə bir kişi Parisdə mənzil alır.  Evə tez köçmək üçün tələsən kişi ev alqı-satqısı ilə məşğul olan agentlikdən mənzilin açarını alaraq ora yollanır. Qapını açıb evə daxil olan kişi gördüklərindən şoka düşür. Belə ki, o, ipdən asılı vəziyyətdə olan meyit ilə üzləşir.

Ekspertlərin apardıqları tədqiqatın  nəticəsində məlum olub ki, meyit 8 il ipdən asılı qalıb. Bu, kambocalı Tomas Nqin olub. Belə ki, o, işdən çıxarıldığına görə borclarını ödəyə bilməyib və özünə qəsd edib.

Könül Əliyeva, “İki sahil”