Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, mətndə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Ümid edirəm ki, yüksək mənəvi dəyərləri tərənnüm edən, humanizmin, xeyirxahlığın və sülhpərvərliyin rəmzi olan bu nurlu bayram bütün müsəlman ümməti arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy Uca Allah bütün dualarınızı qəbul etsin və bütün xeyirxah əməllərinizdə Sizə hər zaman uğur bəxş etsin".
Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Daşkənddə keçirilən beynəlxalq konqresin iştirakçıları yekun bəyannamə qəbul ediblər