26 mart 2025 17:54
323

Samuxda zəlzələ olub

Samux rayonunda 3.6 maqnitudada zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 17:09-da Gəncə stansiyasından 36 km şimal-şərqdə, 10 kilometr dərinlikdə zəlzələ qeydə alınıb.