İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq.
“İki sahil” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında səsləndirib.
Müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatların keçirilmədiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın”.
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır
YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub - FOTO
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - VİDEO/FOTO/YENİLƏNİB