01 aprel 2025 13:16
160

Bayram günlərində paytaxtdan bölgələrə bu qədər sərnişin daşınıb

Azərbaycanda bayram günlərində, martın 19-31-də Bakıdan bölgələrə və əks istiqamətə 130 000-ə yaxın sərnişin daşınıb.

“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.

Gücləndirilmiş iş rejimi ərzində paytaxtdan bölgələrə və əks istiqamətə 7 386 reys həyata keçirilib, 130 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 300-dən çox reys həyata keçirilib. Biletlər avtovağzalın kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

Qeyd edək ki, martın 19-20-də sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 25-30 % təşkil edib.