01 aprel 2025 13:37
170

ADY bayram günlərində 132 mindən çox sərnişinin səfərini təşkil edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində, martın 20-31-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhərətrafı və rayonlararası qatarlarla 132 124 sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.

“İki sahil” bu barədə ADY-yə istinadla xəbər verir.

Qeyd edilib ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu ilə 106 006, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763, Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 sərnişin səfər edib.