Azərbaycanda səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıdan paylaşım edib.
“İki sahil” xəbər verir ki, Almaniya lideri rəsmi instaqram hesabında Bakı şəhərinin mənzərəsini, eləcə də Prezident İlham Əliyevlə görüşündən foto paylaşıb.
O bildirib ki, İlham Əliyevlə görüşdə Almaniya və Azərbaycan arasında münasibətlər, eləcə də Ermənistanla sülh prosesi müzakirə olunacaq.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb
XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb