12 sentyabr 2017 18:13
331

Kilsəni bara çevirdilər

Fransanın dini ayinləri ilə məşhur olan Şato-Şalon kəndində maraqlı hadisə baş verib.

Kənd ərazisində yerləşən kilsələrdən birində müqəddəs suyu konyak ilə dəyişdiriblər. Kilsədə hər kəs sərxoş olub.

Kilsəyə daxil olan turistlər kəskin alkoqol qoxusu hiss etdikdən sonra müqəddəs suyun dadına baxıblar. Bəlli olub ki, bu, konyakdır. Daha sonra keşişdən bunun xüsusi bir ayin, ənənə olub-olmadığını soruşublar.

Keşiş kilsədə qoyulan müqəddəs suyun dadına baxanda şoka düşüb və gülməyə başlayıb:

"Bu yəqin ki, yumor hissi çox güclü olan biri tərəfindən edilən zarafatdır. Amma bu, hər kəs üçün xoş deyil. Onlar ənənələri yumor altında məhv etmək istəyən insanlardır. Kilsədə konyak paylanılması təbii ki, heç bir halda bilərək edilən bir iş ola bilməz".

Qablar təmizləndikdən sonra yenidən müqəddəs su ilə doldurulub. Suyu konyak ilə əvəz edən şəxsin kimliyi hələ də bəlli olmasa da, axtarışlar davam edir./publika.az