SOCAR-ın prezidenti Rövşən Nəcəf Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Bolea ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlıq münasibətlərinin önəmi qeyd olunub, əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, region ölkələri ilə qaz təchizatı sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə neft, qaz və neft məhsullarının ticarəti, bərpaolunan enerji, dekarbonizasiya sahələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR