Böyük Britaniyada bir qadın beşinci uşağı dünyaya gətirdikdən sonra yenidən gözəlçə olmaq qərarına gəlib.
"Ölkə.Az" xəbər verir ki, 35 yaşlı Simon Qeyli 115 kilo arıqladıqdan sonra İnstaqram fenomeninə çevrilib. Nort-Yorkşirdə yaşayan qadın video çarxlarını da internetə yükləyir.
Britaniyalı gözəlçə sirrini açıqlayıb: "Hər gün hamıdan əvvəl yuxudan dururam. 1.5 saat qaçıram. Zalda məşq edirəm. Ailəm böyükdür. 45 yaşlı ərim Pol professordur. Beş övladım var. 2 yaşlı Minni, 5 yaşlı İndiya, 6 yaşlı Blossom, 7 yaşlı Çester və 9 yaşlı Sammer".