Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” bu il Çinə 40 milyon ton neft nəql etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rosneft”in icraçı direktoru İqor Seçin deyib. O bildirib ki, Çinə bu il üçün nəzərdə tutulan 31 milyon ton əvəzinə 40 milyon ton neft nəql olunması planlaşdırılır.
“Bizim hesablamalarımıza görə, şirkət 2017-ci ildə Çinə təxminən 40 milyon ton neft göndərəcək. Bu, rekord göstəricidir”, - deyə İ.Seçin bildirib.
Qeyd edək ki, “Rosneft” daha əvvəl Çinin neft nəhəngi “CNPC” ilə Qazaxıstan üzərindən neft tədarükü üzrə müqavilənin müddətini uzatmaq və əlavə 56 milyon ton neft tədarük etmək üçün razılaşıb. 2013-2016-cı illərdə bu marşrutla nəql edilən 21 milyon tona əlavə olaraq 2017-2023-cü illərdə 70 milyon ton neft göndəriləcək.