Paytaxtın Nizami rayonunda yolun piyada və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı profilaktik tədbirlər görülür.
“İki sahil” xəbər verir ki, sakinlərin kütləvi müraciəti nəzərə alınaraq 8-ci kilometr topdansatış bazarının ətrafında neqativ halların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən yolun hərəkət hissəsində qanunsuz küçə ticarəti yığışdırılıb.
Küçə ticarəti ilə məşğul olan şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyət göstəriblər. Tədbirlərlə ərazidə olan antisanitar vəziyyət aradan qaldırılıb, yolun zəbt olunan hissələri — hərəkətə mane olan hallar aradan qaldırılıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyətini dayandırıb - VİDEO
“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu