Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Bərdə rayonunda vətəndaş qəbulu keçiriləcək.
“İki sahil” “Azəriqaz”a istinadən xəbər verir ki, aprelin 18-də saat 11:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Bərdə və Tərtər rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-74-17; 050-845-93-91; 022-236-35-42) müraciət edə bilərlər.
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR