Füzuli və Cəbrayıl rayonlarında özünüməşğulluq proqrama cəlb olunan bir qrup sakinə seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, un məmulatlarının istehsalı, qadın gözəllik salonu və qəssab dükanı xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.
Xatırladaq ki, Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatlarını quranların sayı artıq 262-ə çatıb.
Onlardan 66 nəfəri Füzuli və Cəbrayıl rayonlarına köçürülmüş sakinlərdir.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyətini dayandırıb - VİDEO
“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu