08 sentyabr 2017 16:06
369

“Azəriqaz”: Abonentlərin sayı 2 milyon 62 min 11-ə çatıb

Cari ilin yanvar-avqust ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 57 min 376 yeni abonent qeydiyyata alınıb ki, bunun da 27 min 637-si Bakı, Abşeron və Sumqayıt, 29 min 739-u isə regionlar üzrədir.

Birlikdən AZƏRTAC-a bildirilib ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 62 min 11-ə çatıb.

Sentyabrın 1-i tarixə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 445 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.