ABŞ-da Adolf Hitlerinin "Mein Kampf" ("Mənim mübarizəm") kitabının nadir nüsxəsi, həmçinin fürerin alt paltarı və köynəyi hərraca çıxarılacaq.
Publika.az bildirir ki, “Alexander Historical Auctions” Amerika Hərrac Evinin sentyabrın 13-ü və 14-ü satışa çıxaracaq kitabın unikallığı ondan ibarətdir ki, kitab, Hitlerin 1930-cu ilin avqustundakı çıxışı zamanı özü tərəfindən şəxsən imzalanmışdı.
O zaman Hitler nitqində Milli-Sosializm partiyasının təşviqatını aparırdı. Bu barədə “The Washington Examiner” məlumat yayıb.
"Döyüşdə yalnız mərd insan sağ qalır", - bu, fürerin satışa çıxarılacaq kitabının üstündəki imzalı sözləridir.
"Mein Kampf"dan başqa, hərraca həmçinin Hitlerin şəxsi əşyaları da çıxarılıb – fürerin alt paltarı və 2 corabı.
Həmçinin istənilən şəxs Hitlerə aid olmuş və onun inisiallarlarıyla qeyd edilmiş salfet və ya onun 39 bədən ölçülü köynəyini ala bilər.