08 sentyabr 2017 15:30
315

Azərbaycan nefti Ukrayna vasitəsilə Avropaya daşına bilər

Azərbaycan və İran neftinin Ukrayna ərazisindən Avropa ölkələrinə daşınması üçün əlverişli şərait yaranıb.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın vitse-prezidenti Vladimir Kistion Odessa şəhərində “Avropa-Asiya inteqrasiya olunmuş nəqliyyat dəhlizləri” mövzusunda yüksək səviyyəli II beynəlxalq nəqliyyat konfransının rəsmı açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukraynada tranzit yük daşımaları dünya bazarı ilə miqyasda 25 faiz ucuzdur.

“Ukrayna əlverişli coğrafi məkanda yerləşir və biz tranzit yük daşımalarının ölkəmizin ərazisindən keçməsində maraqlıdır. Düşünürəm ki, ilkin olaraq Azərbaycan və İran nefti Ukrayna ərazisindən keçərək Avropaya daşına bilər. Bu istiqamətdə müzakirələr aparılır”, deyə Kistion bildirib.

V.Kistion deyib ki, tranzit yük daşımaları üçün Ukraynada beynəlxalq texniki standartlar tətbiq edilir.