“28 Mall” Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ticarət Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, texniki səbəblərə görə “28 Mall” Ticarət Mərkəzində işıqlar sönüb: “Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.
Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır”.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib