Hindistan “Petronet” şirkəti Şri-Lankada, Kolombo yaxınlığında mayeləşdirilmiş təbii qaz – LNG (liquefied natural gas) terminalı qurmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, “Petronet LNG Limited” Yaponiya və Şri-Lanka şirkətləri ilə terminal qurmaq üçün birgə müəssisə yaradacaq. LNG terminalının tutumu Şri-Lankanın təbii qaza olan tələbatını ödəyəcək.
Hazırda ölkədə əsas enerji istehlakının 82 faizi neft məhsulları və bio kütlə enerjisi hesabına qarşılanır.