Mexanika Mühəndisləri İnstitutunun nümayəndələri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
IMechE-nin Beynəlxalq Könüllülər Şəbəkəsinin Yaxın Şərq və Afrika üzrə sədri Dr. Məhəmməd Unib, IMechE-nin Azərbaycan və Gürcüstan üzrə Ölkə Nümayəndəsi Ceyhun Əlizadə və IMechE-nin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Mehdi Mehdizadə üçün kampus turu təşkil olunub.
BANM-ın Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova və Strateji inkişaf üzrə prorektoru Güldənə Hidayətli ilə görüşdə Ali Məktəbin elmi-tədris mühiti, tələbə imkanları və mühəndislik sahəsində həyata keçirilən beynəlxalq əməkdaşlıqlar müzakirə olunub.
SOCAR-ın prezidenti İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri ilə görüşüb
Enerji Dialoqu Platforması çərçivəsində növbəti məlumatlandırma sessiyası Bakı Ali Neft Məktəbində keçirilib
SOCAR "Ağıllı şəhərsalma və sənaye həlləri" mövzusunda innovasiya müsabiqəsini elan edir