08 may 2025 09:33
165

Sumqayıtda üç "Kalaşnikov" aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Yaşma bağlar massivi ərazisində 1 ədəd "Kalaşnikov” avtomatı, 76-cı məhəllə ərazisində 2 ədəd "Kalaşnikov” avtomatı, 1 ədəd boş,1 ədəd dolu sandıq, 29 ədəd 5,45 patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.